Bu gün Uefa Çempionlar Liqasının 1/8 finalında “Liverpul” “Enfild Roudd”a “Real Madrid”lə üz-üzə gələcək. Komandalar bu turnirdə indiyə qədər 9 dəfə qarşılaşıblar. Bu oyunların5-də İspaniya təmsilçisi 3-də isə mersisaydlılar qələbə qazanıb. Bir görüş bərabərliklə yekunlaşıb. “Liverpul”un heyətindən Tiaqo, Luis Diaz, Artur və İbrahima Konate zədə səbəbilə matçda iştirak etməyəcəklər. Komandanın baş məşqçisi Yurgen Klopp görüşün çətin keçə biləcəyini söyləyib: “Bu mərhələdə Realla qarşılaşmaq istəməzdik. Onlar Çempionlar liqasında fərqli motivasiya ilə oynayırlar. İstənilən nəticəyə hazır olmalıyıq. Əsas məqsədimiz ilk görüşdə sərfəli nəticə əldə etməkdir. Bunun üçün çox çalışmalı və rəqibin əks-hücumlarına hazır olmalıyıq. Şanslar bərabərdir. Belə oyunlarda hər fürsətdən uğurla istifadə etmək vacibdir. Azarkeşləri çox gərgin və maraqlı matç gözləyir”.
“Real Madrid” Toni Kross, Ferlan Mendi,Orelyen Tsuameni, Mariono Diazin xidmətindən yararlana bilməyəcək. “Kral klubu”nun çalışdırıcısı Karlo Ançelotti rəqib komandanın üstün cəhətlərini vurğulamaqla yanaşı komandasıın da qələbə imkanlarını dəyərləndirib: “Enfilddə bizi necə Liverpulun gözlədiyini bilirik və oyuna tam hazırıq. Onlar hazırda liqada zəif təsir bağışlasalar da bu, komandanın ümumi keyfiyyətini dəyişmir. Müdafiəyə çəkilməyi düşünmürük. Sona qədər mübarizə aparıb qalib gəlməyə çalışacağıq. Azarkeşlərimizin bizdən gözlədiyi də elə hücum futboludur”.
Qeyd edək ki, “Liverpul” – “Real Madrid” matçı bu gün gecə yarısı başlanacaq. Görüşü ruımıniyalı İştvan Kovaçın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.